Naxçıvan Hərbi Kollecində şair, publisist Təranə Arifqızı ilə görüş keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “Hədəfimiz - İnkişafdır!” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan teleradiosunda “Vətən əmanəti” verlişinin aparıcısı, Heyran xanım adına “ Zərif Qadınlar Ədəbi Məclisi”nin rəhbəri, şair, publisist Təranə Arifqızı ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Hərbi Kolleci rəisinin tədris üzrə müavini, polkovnik-leytenant Hikmət Hacıyev çıxış etmişdir. Daha sonra isə şairənin həyat və yaradıcılığı haqqında Naxçıvan Televiziyasının əməkdaşı Sona Mirzəyeva ətraflı məlumat vermiş və kollecin kursantları Təranə Arifqızının şeirlərini qiraət ediblər.
Şair, publisist Təranə Arifqızı şeirlərini kursantlar üçün səsləndirib.
Sonda isə xatirə şəkli çəkilib.