Naxçıvan şəhərində kafedə yanğın baş verib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti bina 7 ünvanında qeydə alınıb. Belə ki, binada yerləşən kafelərin birində yanğın başlayıb. Yanğın yerinə Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub
Yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən yanğın dərhal söndürülüb.
Bina sakinləri polis əməkdaşları tərəfindən təxliyyə olunub.
Yanğın nəticəsində 90 m² ümumi sahəsi olan kafe binasının 1 m² üzlük hissəsi yanıb, kafe içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.