Qəzənfər Abdullayev “Bakı Marafonu”nda 6-cı yerin qalibi olan atlet Əmrah Nağıyevi qəbul edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, mayın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev, “Küləyə qalib gəl” şüarı ilə keçirilən Bakı Marafonunda 6-cı yerin qalibi olan gənc atlet Əmrah Nağıyevi qəbul edib.
Şura sədri, marafonda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasını təmsil edən gənc atleti qazandığı böyük nailiyyətə görə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Eyni zamanda gənc atletə mükafat da təqdim olunub.
Əmrah Nağıyev, marafonda iştirakını təmin etdiyi və idmanın inkişafına verdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına öz minnətdarlığını bildirib.
Qeyd edək ki, 21 kilometrlik məsafəni əhatə edən marafonda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının 8 əməkdaşı da fəal iştirak edib.