Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Dövlət Universiteti ilə yeni layihəyə start verir

A- A A+

“Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Naxçıvan Dövlət Universiteti ilə birgə “Konstitusiya Marafonu” layihəsinə start verir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, layihə çərçivəsində Universitetin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə onların Konstitusion biliklərini yoxlayan yarışlar, debat, məhkəmə simulyasiyası, konstitusiya normalarının tətbiqi üzrə səhnələşdirmə ilə yanaşı tələbələrin hakimlərlə görüşləri, sual-cavab və panel müzakirələr həyata keçiriləcək.

Layihənin açılış mərasimi 6 may 2025-ci ildə Naxçıvan Dövlət Universitetində baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: