Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasına yeni sədr seçilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının yığıncağı keçirilib. Tədbirdə Federasiyanın sədr müavini Vüqar Məmmədov Paralimpiya Federasiyanın fəaliyyəti ilə bağlı məlumat verib. Vurğulayıb ki, ötən illərdə bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məşqçilərin bacarıqlarının artırılması məqsədilə Azərbaycan Milli Paralimpiya Komitəsinin məşqçiləri muxtar respublikaya dəvət olunublar. 2013-cü və 2016-cı illərdə muxtar respublikada Paralimpiya İdman Festivalları keçirilib.

Federasiyanın istedadlı idmançıları haqqında məlumat verən sədr müavini ötən dövr ərzində paralimpiyaçıların qazandığı uğurlardan bəhs edib.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birgə, dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulmuş tələb və tapşırıqları 2019-cu ildə də uğurla icra etməyə çalışacaq.

Çıxışların ardından Naxçıvan MR  Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev Federasiyanın yeni sədri seçilib. Bu münasibətlə federasiya üzvlərini, məşqçi müəllimləri və idmançıları təbrik edən Gənclər və İdman naziri Azad Cabbarov  federasiya sədrinə fəaliyyətində uğurlar arzulayıb, bu sahənin inkişafı istiqamətində nazirliklə birgə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib. 

Paralimpiya Federasiyasının sədri Nicat Babayev muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edərək qeyd edib ki, federasiya bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracaq.

 

Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: