NUHÇIXAN-ın məlumatına görə, Kazım Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Naxçıvan 12 nömrəli tam orta məktəbdə oxuyub. Azərbaycan Dövlət Neft Akademiyasında Menecment və strateji idarəetmə ixtisası üzrə bitirib. 2012-ci ildə əmək fəaliyyətinə başlayıb. İqtisadiyyat Nazirliyində aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdiri vəzifəsində işləyib. 2024-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təqdimatı ilə 5 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 6-da keçirilən növbəti sessiyasında Kazım Hüseynəliyevin iqtisadiyyat naziri vəzifəsinə təyin olunması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı verilib.