Naxçıvan şəhərinin mərkəzi prospektində avtomobillə motoskilet toqquşub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BA-594 dövlət nömrə nişanlı "Oka" markalı avtomobil 67-A-355 dövlət nömrə nişanlı motosikletlə toqquşub. Hadisə zamanı motosikletin sürücüsü Babək rayon, Zeynəddin kənd sakini 1993-cü il təvəllüdlü Əliyev Elnur Ayaz oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.