Fənn olimpiadasının qalibləri mükafatlandırılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublika məktəblilərinin ənənəvi fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, olimpiadaların keçirilməsi şagirdlərdə rəqabət ruhunun formalaşmasında, maraq və meyllərinin istiqamətləndirilməsində böyük rol oynayır.
Nazir qeyd edib ki, məktəblilərin muxtar respublika fənn olimpiadası iki mərhələdə keçirilib. IX-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə olimpiadanın I şəhər və rayon mərhələsində 545 şagird öz biliyini sınayıb, onlardan 191-i yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb. Nəticələrə əsasən fevralın 12-də keçirilən olimpiadanın final mərhələsində ümumilikdə 51 şagird I, II və III yerin qalibi olub.
Təhsil naziri Rəhman Məmmədov bilik yarışında fərqlənən şagirdləri təbrik edib, qaliblərə diplom və oxunması zəruri olan kitablar təqdim olunub.
Tədbirdə həmçinin Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey fənn olimpiadasında ən yaxşı nəticə göstərən təhsil müəssisəsi kimi mükafatlandırılıb.
Aygün Hüseynli