Nəsimi rayonunda küçədə yanğın başlayıb, sakinlərin təxliyəsi aparılır - VİDEO
Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində yaşayış evində yanğın baş verib və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Bu barədə NUHÇIXAN-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Həmçinin, Nazirliyin qüvvələri tərəfindən yanğın yerində sakinlərin təxliyəsi həyata keçirilir.
Əlavə məlumat veriləcək.