Naxçıvan Musiqi Kollecində “Heydər Əliyev və ekoloji siyasət” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Musiqi Kollecində “Heydər Əliyev və ekoloji siyasət” mövzusunda tədbir keçirilib.

Tədbirdə Musiqi Kollecinin direktor müavini Fətəli Axundzadə giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov və Muxtar Respublika Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi baş ədliyyə müşaviri İsfəndiyar Qasımov mövzu ilə bağlı çıxış ediblər. Sonda mövzu ilə bağlı "Azərbaycanın ekoloji siyasəti" adlı videoçarx nümayiş olunub.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: