Media nümayəndələri üçün təşkil olunan “Data Jurnalistikası” mövzusunda təlim uğurla yekunlaşıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə keçirilən “Data Jurnalistikası” mövzusuna həsr olunmuş təlim proqramı uğurla yekunlaşıb.

Təlimlər çərçivəsində iştirakçılara datanın tapılması, tərtib edilməsi, məlumatların təhlili, vizual təqdimatı və müasir rəqəmsal alətlərlə işləmə bacarıqları üzrə nəzəri və praktiki biliklər ötürülüb. Sessiyalar ABŞ-ın Virginia Birləşmiş Universitetinin fəxri dosenti, jurnalistika sahəsində 20 ildən artıq təcrübəyə malik Cef Sauz tərəfindən aparılıb.

Proqram müddətində media sahəsində yeniliklər, faktlara əsaslanan xəbər istehsalının əhəmiyyəti və tətbiqi ilə bağlı təqdimatlar keçirilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: