1941-1945 illərdə baş vermiş İkinci Dünya müharibəsi bəşər tariximizdə ən qanlı-qadalı və amansız döyüşlərdən biri olub. Faşist Almaniyasının keçmiş Sovet ittifaqına qarşı başladığı bu müharibə təkcə siyasi və hərbi deyil, eyni zamanda mənəvi sınaq meydanına çevrilmişdi. Bu savaş dövrü təkcə illərin yox, insan talelərinin, bütöv millətlərin sınağa çəkildiyi dövr idi. Ümumiyyətlə, götürsək bu yalnız ölkələr arasında gedən müharibə deyildi. Bu həmdə haqq və nahaqqın, mərdlik və namərdliyin, aydınlıq və zülmətin qarşıdurması idi. Azərbaycan xalqı da bu müharibədə istər ön cəbhədə istərsə də arxa cəbhədə öz şücaətliyini layiqincə göstərməyi bacardı. İkinci Dünya müharibəsində 600 mindən artıq azərabaycanlı iştirak edib, Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
İkinci Dünya Müharibəsində fədəkarcasına vuruşmuş, müharibənin parlaq təmsilcilərindən biri də Şamaxı rayonundan olan Əhmədov Bayram Alxan bəy oğludur.
Əhmədov Bayram Alxan bəy oğlu - 1920-ci ilin 21 martında Şamaxıda anadan olub.
O, 1941-ci ildə müharibə başlayan kimi cəbhəyə yollanaraq Rusiyanın müxtəlif bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşur. 1942-1943 cü illərdə Stalingrad şəhəri uğrunda döyüşlərdə iştirak edir. Bundan başqa o Kerç uğrunda gedən döyüşlərdə, Krımın azad olunmasında böyük qəhrəmanlıq göstərir. 1944-cu ildə döyüşlərin birində ağır yaralanaraq uzun müddət hərbi qospitalda müalicə aldıqdan sonra ordudan arxa cəbhəyə tərxis edilərək Azərbaycana qayıdır və ömrünün sonuna qədər bir sıra vəzifələrdə çalışır.
1997-ci il aprelin 1-də dünyasını dəyişən Əhmədov Bayram el arasında Şıx Bayram kimi tanınıb.
Gülnarə Əhmədova
Bakı Dövlət Universitetinin
Coğrafiya fakültəsinin müəllimi,
c.ü.f.d