Fövqəladə Hallar Nazirliyində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir keçirilib

Tədbirdən öncə Nazirliyin kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinə gələrək önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev bildirib ki, Ulu Öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu müdrik uzaqgörənliklə müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, sosial-iqtisadi inkişafa nail olub, müasir ordu quruculuğu, o cümlədən milli zabit kadrlarının hazırlanması üçün tarixi işlər görüb.

Əgər bu gün Azərbaycan qalibiyyət, tərəqqi, inkişaf yolunu tutubsa, zəfərlərə imza atıbsa bütün bunların təməlində Ulu Öndər Heydər Əliyev ideologiyası və bu ideologiyanı yaşadan, inkişaf etdirən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev faktoru və onun da əsasında dövlət-xalq sarsılmazlığının vəhdəti dayanmaqdadır.

Bu gün Ümummilli Liderimizin uzaqgörən və düzgün siyasəti Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və layiqincə davam etdirilir.  

Nazirliyin şöbə rəisi daxili xidmət polkovnik-leytenatı Mirtaleh Seyidov çıxış edərək diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qazandığı misilsiz nailiyyətlər Ulu Öndər Heydər Əliyevin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. 

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: