TÜRKSOY-un baş katibi: Naxçıvan türk dünyasının “qızıl körpüsü”dür

A- A A+

Türk dünyasının bir araya gətirilməsinə Naxçıvandan başlanılıb.

Bu sözləri NUHÇIXAN-a açıqlamasında Naxçıvan Dövlət Universitetində qonaq olan TÜRKSOY-un Baş katibi Sultan Raev deyib.

O, Naxçıvanın türk dünyası üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb:

“Naxçıvan türk dünyasının “qızıl körpü”südür. Bu region Azərbaycanın tarixində və siyasətində də çox mühüm rol oynayır. Eyni zamanda, Naxçıvan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vətənidir. Burada olmağımdan qürur duyuram. Naxçıvan türk dünyasının birliyinin simvoludur”.

Baş katib Azərbaycanı türk dünyasının mühüm parçası və lokomotivi kimi xarakterizə edib:

“Azərbaycana mənsub olan böyük ədəbiyyat və incəsənət xadimləri ümumtürk mədəniyyətini hədsiz dərəcədə zənginləşdirib. Məmnunluqla xatırladıram ki, 2023-cü ildə TÜRKSOY olaraq Şuşanı türk dünyasının paytaxtı elan etdik. Bir il müddətində türk dünyasının bütün mədəniyyət fəaliyyətləri məhz Şuşada həyata keçirildi. Həqiqətən, Şuşa türk dünyasının ruhani paytaxtı olacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: