Naxçıvanda daha bir mühüm konfrans - VİDEO
NUHÇIXAN xəbər verir ki, mayın 21-də Naxçıvan şəhərində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Milli Kibertəhlükəsizlik Mərkəzinin və “Caspel” MMC şirkətinin əsas tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Kiber Suverenlik” konfransı keçiriləcək.
Konfransın təşkil edilməsində məqsəd ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən müvafiq qurum, təşkilat və şirkətlərin nümayəndələri ilə birgə müzakirələrin həyata keçirilməsidir.
100-dən çox iştirakçının qatılacağı konfrans çərçivəsində kibertəhlükəsizlik sahəsində dövlət qurumlarının rəhbər şəxslərinin, tanınmış yerli ekspertlərin və aparıcı İT şirkətlərin rəhbər vəzifəli şəxslərinin çıxışları dinləniləcək, həmçinin “Kiber suverenlik və dövlət təhlükəsizliyi”, “Kibertəhlükəsizlik sahəsində kadr potensialı”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyində milli həllər və yerli şirkətlərin rolu” adlı panel müzakirələri həyata keçiriləcək.