Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, hadisə Naxçıvan şəhər Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində qeydə alınıb.

Qəza zamanı 75-BN-886 dövlət nömrə nişanlı "Renault" markalı avtomobillə 67-BL-094 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: