Bu ilin dörd ayında 17 mindən çox şəxsə əlillik təyin olunub

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-aprel ayları ərzində 17 min 100 nəfərə əlillik təyin edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, onlardan 7 min 300 nəfərə ilkin, 9 min 800 nəfərə isə təkrar əlillik təyinatı aparılıb.

Məlumat üçün bildirək ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: