Bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
NUHÇIXAN xəbər verir ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar muxtar respublikanın bütün şəhər və rayonlarında anma mərasimləri keçirilib.
Vətənin azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!