Babək rayonunun dağlıq kəndlərinə güclü dolu yağıb - VİDEO
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti davam edir.
NUHÇIXAN xəbər verir ki, mayın 14-də muxtar respublikanın rayon və kəndlərinə leysan xarakterli yağış yağıb. Babək rayonunun Yuxarı və Aşağı Buzqov kəndlərində isə güclü dolu müşahidə olunub.
Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Dolu təsərrüfatlara və meyvə bağlarına ziyan vurub.