Naxçıvan Universitetində “Xocalı soyqırımı” ilə bağlı tədbir olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, konfransda əvvəlcə Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra universitetin rektoru, professor İsmayıl Əliyev bildirib ki, Xocalı soyqırımı XX əsrin ən qanlı hadisələrindən biridir. Bu hadisə mənfur ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətinin növbəti mərhələsi idi.  Xocalı soyqırımı özünün əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı.

Konfransda universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimlərinin mövzu ilə bağlı çıxışları dinlənilib.  Bildirilib ki, bu soyqırımı törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. Sonda Xocalı soyqırımını əks etdirən slayd nümayiş etdirilib.

                                                                 Nuray Cəfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: