Naxçıvanda "Təmiz hava" aylığı çərçivəsində növbəti ekoloji reyd keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə iştirakı ilə "Təmiz hava" aylığı çərçivəsində ekoloji reyd keçirilib. Reyd zamanı Naxçıvan şəhərinin mərkəzi küçə və prospektlərində xüsusi cihaz vasitəsilə daxiliyanma mühərrikli avtomobillərdən çıxan qazların tərkibindəki zərərli maddələrin miqdarı ölçülüb.

Normadan artıq zəhərli qaz ixrac edən avtomobillərin sürücüləri ilə profilaktik maarifləndirici söhbətlər aparılaraq xəbərdarlıq olunub. Avtomobillərinin normadan artıq zəhərli qaz buraxmasına səbəb olan nasazlıqların dərhal aradan qaldırılması tövsiyyə olunub.

Reydin keçirilməsində əsas məqsədin atmosferə buraxılan zəhərli maddələrin minimuma endirilməsi və bu barədə sürücülərin maarifləndirilməsi olduğunu bildirən Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis mayoru Ayaz İsmayılov onu da qeyd edib ki: "Təmiz hava" aylığı çərçivəsində reydlərin birinci mərləhəsi 10 iyun tarixinədək davam edəcəkdir. Qeyd olunan tələblərə cavab verməyən və atmosferə buraxdığı zəhərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücüləri inzibati xətalar məcəlləsinin 342.5 ci maddəsinə əsasən cərimə olunacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: