Naxçıvan Qarnizonunda Xocalı soyqırımının qurbanları anılıb

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Qarnizonunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. 

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik-leytenant Naib Cəfərov, Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Natiq Əhmədov və hərbi hissənin zabiti mayor Natiq Əliyev çıxış edib.

Çıxışların ardından videoçarx nümayiş olunub, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: