Sədərəkdə Birinci Qarabağ müharibəsinin şəhidi Muxtar Məmmədovla vida mərasimi keçirilib

A- A A+

Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Muxtar Bayram oğlu Məmmədovun nəşi Sədərək rayonuna gətirilib.

NUHÇIXAN xəbər verir ki, şəhidin nəşi Sədərək rayonunun Dəmirçi kəndində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Muxtar Bayram oğlu Məmmədov 1973-cü il oktyabrın 28-də Sədərək rayonunun Dəmirçi kəndində anadan olub. O, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

M.Məmmədov Şərur şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: