Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

A- A A+

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

NUHÇIXAN xəbər verir ki, fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi olub.

Agentlik informasiya sistemləri və ehtiyatlarını AZCON Holding şirkətlərindən olan “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə tam şəkildə yerləşdirib. “AzInTelecom” MMC tərəfindən Əqli Mülkiyyət Agentliyinə Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: