Naxçıvanda intihara cəhdin qarşısı alınıb - VİDEO
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında 1 nəfər yüksəkliyə çıxaraq intihar etmək istəməsi barədə məlumat daxil olub.
Nazirlikdən NUHÇIXAN-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb.
Xilasedicilər tərəfindən aparılan psixoloji söhbətlər nəticəsində intihara cəhd edən vətəndaş xilas edilib və yüksəklikdən endirilərək aidiyyəti üzrə təhvil verilib.