Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib. “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 16 komandadan 90 idmançı 6 çəki dərəcəsində mübarizə aparıb.

Birincilik daşqaldırma yarışlarının proqramına daxil olan birdən və təkanla qaldırma üzrə keçirilib. Hər çəki dərəcəsində şəxsi yerlər hər iki növ çalışmada yığılmış ən çox xalla müəyyən edilib. Şəxsi hesabda 60 kq çəki dərəcəsində əsgər Əliyar Məmmədov, 65 kq çəki dərəcəsində baş çavuş Rəşad Həsənov, 70 kq çəki dərəcəsində kursant Elməddin Sultanzadə, 80 kq çəki dərəcəsində əsgər Turqut Məmmədli, 90 kq çəki dərəcəsində gizir Sərxan Zeynalov və 90 kq-dan yuxarı çəki dərəcəsində leytenant Səid Feyziyev birinci yerə layiq görülüb.

Yekun nəticələrə əsasən komanda hesabında  üçüncü yerdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, ikinci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası, birinci yerdə xüsusi təyinatlılar qərarlaşıb. İlk üçlüyə düşməyi bacaran qaliblər Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən Fəxri fərman, Diplom və kuboklarla mükafatlandırılıblar.

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: