Naxçıvanda 6 qeyri-yaşayış sahəsi hərrac yolu ilə özəlləşib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin müasir standartlara cavab verən yeni inzibati binasında dövlət mülkiyyətində olan 11 qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı ilk hərrac keçirilib. Şərur və Babək rayonlarından 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri satışa çıxarılıb.

Hərracların Təşkili Mərkəzi tərəfindən özəlləşdirilməyə çıxarılan 11 qeyri-yaşayış sahəsi üçün 8 sifariş qəbul olunub. 6 qeyri-yaşayış sahəsi hərrac yolu ilə satılıb. Nəticədə 4 sifarişçi hərracın qalibi olub.

Rəqabətli keçən hərrac nəticəsində 2 əmlakın yekun satış qiyməti start qiymətindən yüksək olub. Belə ki, Şərur rayonunun Ərəbyengicə Kənd Xidmət Mərkəzində yerləşən gözəllik salonu ilkin satış qiymətindən 2,89 dəfə, bərbər salonu isə 2,63 dəfə yüksək qiymətə özəlləşdirilib.

5 qeyri-yaşayış sahəsinin hərracı isə sifarişçi olmadığından baş tutmamış hesab olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: