Naxçıvanda “Göycə” festivalı keçiriləcək

A- A A+

Mayın 30-31-i Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Göycə” festivalı keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, festival çərçivəsində muxtar respublikamızın şəhər və rayonları tərəfindən hazırlanacaq stendlərdə müxətlif bölgələrin dadlı və təbii göycələri, onlardan hazırlanan məhsullar, tarixi-mədəni irs-və turizm potensialı qonaqlara təqdim olunacaq.

Eyni zamanda, bölgələrimizdə fəaliyyət göstərən sahibkarlar və məhsul istehsalçıları da bu rəngarəng tədbirin iştirakçıları sırasında yer alacaq.

Festivalın rəsmi açılışı mayın 30-u saat 17:00-da olacaq.

Açılış mərasimində rəngarəng musiqili proqram, eləcə də gənc könüllülərin iştirakı ilə fləşmobun keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: