Naxçıvanda dializ xəstələri üçün dərmanlar təhvil verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xroniki böyrək çatışmazlığı olan və hemodializ müalicəsinə ehtiyacı olan vətəndaşların dərman təminatının davamlılığı daim diqqətdə saxlanılır.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, bu istiqamətdə görülən tədbirlər çərçivəsində dializ xəstələrinin müalicəsində istifadə olunan dərman preparatları bu gün təhvil alınaraq müvafiq səhiyyə müəssisələrinə paylanmağa başlanılıb.

Təmin olunan dərman preparatları ehtiyac olan bölmələrə yönləndiriləcək və müalicə prosesinin fasiləsiz davam etməsinə şərait yaradacaq.

Qeyd edək ki, hazırda hemodializ müalicəsi muxtar respublikanın müxtəlif səhiyyə müəssisələrində həyata keçirilir. Bu xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış yeni Hemodializ Mərkəzində zəruri texniki avadanlıqlar – dializ aparatları, su təmizləmə sistemləri və digər müasir tibbi infrastruktur tam şəkildə təmin edilib və yaxın zamanda fəaliyyətə başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: