Qüdrət Həsənquliyevin tənqidi yazılarını təkzib edənlərin sayı çoxalır

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Etibar Əliyev öz facebook səhifəsində yazıb. Etibar Əliyev paylaşdığı statusunda Naxçıvan Muxtar Respublikasında təhsilin vəziyyəti və şagirdlərin hazırlıq  səviyyəsinə toxunub. Ekspert yazır: “Naxçıvan Muxtar Respublikası ilə bağlı deputat Qüdrət Həsənquliyevin tənqidi yazılarını təkzib edənlərin sayı çoxalır. Bəs Naxçıvanda təhsilin səviyyəsi necədir?  Dahi Hüseyn Cavid demişkən: "Bir millətin hər halını tədqiq etmək üçün ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir."

Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında 2017-2018-ci  tədris ilində yüksək ballıların faizi daha çox olan təhsil müəssisələrinin cədvəli verilib. Qeyd edim ki, Naxçıvanın ümumtəhsil məktəbləri bu reytinqdə xüsusi yer tuturlar. Belə ki, muxtar respublikanın 4 orta məktəbi və bir liseyində 600-dən yuxarı bal toplayan şagirdlərin sayı 21 nəfər olub. Bu göstərici Bakı şəhərinin göbəyində yerləşən 160 və 23 saylı orta məktəblərin və Kaspi liseyinin (hər 3-də) 600 baldan yuxarı nəticə göstərən şagirdlərinin sayına bərabərdir. 

Şagird sayı: 160 və 23 saylı Tam orta məktəblər və Kaspi liseyi -205, 

Naxçıvanda yerləşən 4 orta məktəb və 1 liseydəki şagirdlərin sayı-149.

Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, Bakıda yerləşən Orta məktəblər və liseylərə şagirdləri seçmə yolu ilə qəbul edirlər. 
P.S. Status sifarişlə yazılmayıb

Keçmiş millət vəkili və 2000-2005-ci illərdə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov da Naxçıvanda təhsilin səviyyəsi ilə bağlı öz fikirlərini bildirib. Şahlar Əsgərov qeyd edib: “Bir neçə il əvvəl mən NDU-nun bir həftəlik qonağı oldum. Universitetdə yüksək nizam-intizam gördüm, gənclərə qayğı gördüm. Rektoru universitet həyatında tələbələrin arasında gördüm. Tələbələri çoxmərtəbəli kitabxanasında öyrənən gördüm. Çətin şəraitdə yaşayan Naxçıvana Prezident dəstəyini hiss etdim. Gördüm ki, Naxçıvan Azərbaycanın Qərbə açılan pəncərəsidir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: