Pənah Musayev: Naxçıvanda konfransın baş tutması özündə dərin simvolik məna daşıyır

A- A A+

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası idarə heyətinin sədri Pənah Musayev çıxışında diqqətə çatdırıb. O qeyd edib ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində ölkəmizdə kibersuverenlik mövzusunda keçirilən ilk konfransın Naxçıvanda baş tutması özündə dərin simvolik məna daşıyır. Çünki Naxçıvan Azərbaycanın müstəqilliyi və suverenliyi tarixində bir çox ilkin və xüsusi əhəmiyyətli mühüm qərarların verildiyi məkandır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə burada ilk dəfə Sovet İttifaqının tərkibindən çıxmaq niyyəti rəsmi şəkildə bəyan edilib, SSRİ-nin saxlanılması ilə bağlı keçirilən qeyri-qanuni referendum açıq formada boykot edilib, Azərbaycanın Xalq Cumhuriyyətinin üçrəngli bayrağı 70 ildən sonra yenidən dövlət rəmzi kimi qaldırılıb. Bütün bu tarixi faktlar Naxçıvanın suverenliyimiz və milli iradəmiz naminə ön planda olduğunu bir daha təsdiq edir. 

Pənah Musayev vurğulayıb ki, texnologiyanın sürətli inkişafı və bütün sahələr üzrə rəqamsallaşmağa keçid eyni zamanda yeni riskləri və təhlükəsizlik təhdidlərini gündəmə gətirib. Bu səbəbdən kibersuverenliyin təmin edilməsi təkcə Azərbaycanda deyil, o cümlədən inkişaf etmiş bir çox xarici ölkədə də milli təhlükəsizlik məsələsi səviyyəsinə yüksəlib.

Əminəm ki, bu konfransda aparılacaq müzakirələr kibersuverenlik anlayışının ölkəmizdə konseptual şəkildə formalaşması gələcək milli strategiyaların müəyyənləşdirilməsinə və bu sahədə davamlı əməkdaşlıqların qurulmasına mühüm töhfə verəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: