Heydər Əliyev Muzeyi ziyarət olunub - VİDEO - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurasının  və “Şərq qapısı” qəzetinin kollektivləri Heydər Əliyev muzeyini ziyarət ediblər.

Kollektivlərə muzey haqqında geniş məlumat verilib. Qeyd olunub ki, bu il muzeyin yaradılmasının 20 ili tamam olub. 420 eksponatla fəaliyyətə başlayan Heydər Əliyev Muzeyində hazırda 4746 eksponat toplanıb. Bu eksponatlar Ümummilli liderin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirir. 20 illik fəaliyyəti dövründə Heydər Əliyev Muzeyini 300 mindən artıq tamaşaçı ziyarət edib. Onların da 35 mindən çoxu 55 xarici ölkənin vətəndaşıdır.

Qonaqlar Ümummilli liderin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən eksponatlarla tanış olublar. 

Azərbaycan tarixi üçün əhəmiyyətli sənədlər, Ulu öndərə həsr olunmuş kitablar, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş fotoşəkillər, böyük dövlət xadiminə məxsus şəxsi əşyalar kollektivin xüsusi diqqətini çəkib.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: