2023-cü illə müqayisədə 2024-cü il ərzində SOAR sistemi üzrə alınan xəbərdarlıqların (alerts) sayında təxminən 2 dəfə artım müşahidə olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti baş idarə rəisinin müavini Tural Məmmədov Naxçıvanda keçirilən "Kiber Suverenlik" konfransında deyib.

O qeyd edib ki, statistikaya nəzər salsaq 2024-cü il ərzində kiberhücum cəhdlərinin analizi nəticəsində 1069 xüsusi kiberhücum indikatoru müəyyən edilərək "AzStateNet" şəbəkəsində və dövlət e-poçt sistemində bloklamaqla xüsusi hədəflənmiş, APT kiberhücumların qarşısı alınıb.

2023-cü illə müqayisədə 2024-cü il ərzində SOAR sistemi üzrə alınan xəbərdarlıqların (alerts) sayında təxminən 2 dəfə artım müşahidə olunub. Belə ki, hesabat dövründə SIEM sistemində 333 milyarddan çox loq emal olunub. SOAR sisteminə ötürülən xəbərdarlıqların orta günlük sayı 5520 olub. Bununla yanaşı Xidmətin həyata keçirdiyi kibertəhdid kəşfiyyatı nəticəsində dövlət qurumlarının informasiya sistemlərinin adlarlına bənzədilmiş 110 saxta domen müəyyən edilərək onların ölkə üzrə fəaliyyətimi dayandırılaraq potensial kiberhücum cəhdləri qabaqlanıb.

Ümumilikdə texnologiiyanın sürətlə inkişaf etdiyi informasiya təhlükəsizliyi məhsullarının hər gün yeniləndiyi bir dünyada yeni milli məhsullar ortaya qoymaq çox çətindir. Daha çətini isə hansı məhsulları milliləşdirməkdən başlamalıyıq sualına cavab tapmaqdır. Amma düşünürəm ki, kibersüverenliyimizin təmin edilməsi üçün ilk öncə əlimizdə olan resursların auditi, monitoriniqi və yoxlanılması kimi imkanların genişləndirilməsindən başlamaq ən doğru yanaşma olardı. Məhz bu səbəbdən hazırda 2 istiqamət üzrə laboratoriya qururuq bunlardan biri Bakı Ali Neft Məktəbində qurulmasını başa çatdırmaq üzərə olduğumuz İnformasiya Təhlükəsizliyi Testləri laboratoriyasıdır. Hansi ki, həm milli həllərin həm təchiz olunmuş həllərin yoxlanılmasını, laborator testlərini həyata keçirəcək o cümlədən o sahədə kadr yetişdirəcək bir laboratoriya funksiyasını daşıyacaq.

Digəri isə Azərbaycan Texniki Universitetində qurulan Zərərverici Analizi Laboratiyasıdır ki, orada da ölkəmizi hədəf alan xüsusi hədəflənmiş zərərvericilərin analizini həyata keçirməklə yanaşı həmdə zərərverici analizi üçün hazırda üzərində işlədiyimiz milli sandbox proqram təminatının hazırlanması və dəstəyini həyata keçirəcəkdir. Məlumat üçün qeyd edim ki, Xidmətimizin Zərərverici Analizi Laboratoriyasının hazırda istiqaməti üzrə bir sıra həlləri artıq istifadəyə verilmişdir onlar barədə məlumatları mrl.cert.gov.az informasiya ehtiyatından məlumat əldə edə bilərsiniz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: