Atmosferdə karbon qazının qatılığının artması bulud qatının itməsi ilə nəticələnə bilər

A- A A+

Artıq yaxın 100 ildə Yer kürəsi planetimizi yüksək hərarətdən qoruyan sıx toplanmış bulud qatından məhrum ola bilər. Əgər bu, baş verərsə, iqlim fəlakəti qaçılmaz, onun nəticələri isə ən bədbin proqnozlardan belə daha qorxulu və irimiqyaslı olacaq.

NUHÇIXAN xəbər verir ki, “Nature Geoscience” jurnalında dərc edilmiş tədqiqatın nəticələri bunu sübut edir. Kaliforniya Texnologiya İnstitutunun alimlər qrupu xəbərdarlıq edir ki, atmosferdə karbon qazının qatılığı Dünya okeanının əhəmiyyətli hissəsini günəş şüalarından qoruyan bulud qatının yox olması təhlükəsi yaradır.

Karbon qazının qatılığı müəyyən göstəricini (təqribən 1200 ppm) adlayarsa, o zaman dönüş anı başlayacaq, buludlar əvvəlki yerinə qayıtmayaraq dağılacaq ki, bu da okeanın birdən və çox güclü istiləşməsinə gətirib çıxaracaq.

Riyazi modelləşdirmə göstərir ki, nəticədə bütün Yer kürəsi üzrə orta temperatur təxminən 8 dərəcə yüksələcək (artıq qabaqcadan xəbər verildiyi kimi istixana effekti nəticəsində 2-4 dərəcə qlobal istiləşmədən əlavə). Bu, təkcə güclü təbii kataklizmlərlə deyil, həm də heyvan və bitkilərin kütləvi şəkildə məhv olması ilə nəticələnə bilər.

55 milyon il bundan əvvəl Yer kürəsinin tarixində artıq belə dövr olub. Həmin dövrdə planetimiz o dərəcədə qızıb ki, Arktika sularında timsahlar üzüb, ibtidai məməli heyvanların nəsli kəsilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: