AMEA Naxçıvan Bölməsində “Gonbul” əsərinin müzakirəsi olub

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu bölmənin Mərkəzi Elmi Kitabxanası ilə birgə oxunması zəruri olan kitablar siyahısına daxil olan Gi De Mopassanın “Gonbul” əsərinin müzakirəsini keçirib.

Tədbirdə Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov çıxış edərək dünya ədəbiyyatının tanınmış siması Gi De Mopassanın həyat və yaradıcılığından danışıb.

Daha sonra bölmənin Mərkəzi Elmi Kitabxanasının direktoru, kiçik elmi işçi Sahab Əliyeva, Əlyazmalar Fondunun Əlyazmaların toplanması şöbəsinin elmi işçisi Nicabət İsmayılova və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin kiçik elmi işçisi Aysel Eminova mövzu ilə bağlı çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: