NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan Muxtar Respublikası üzrə may ayı üçün sosial müavinət, təqaüd və kompensasiya və ödənişləri başa çatdırılıb.
Vətəndaşlar vəsaitlərini plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.