2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı yerdə həyatını itirənlərin xatirəsinə abidə qoyulacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə “NewTimes.kz” nəşri məlumat yayıb.
Yerli icra hakimiyyətinin məlumatına görə abidə yerli sakinlərin təşəbbüsü ilə tikiləcək. Artıq sözügedən ərazi hasara alınıb və yaxınlıqda skamyalar yerləşdirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. Ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onlar ll Fəxri xiyabanda dəfn ediliblər.