27 il susmayan hayqırtılar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Türkiyənin “Pusula” və “İğdır” qəzetində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə yazı verilib. Yazının müəllifi tanınmış publisist, Şərqi Anadolu Jurnalistlər Birliyinin sədri Feridun Fazil Özsoydur. "Üzərindən 27 il keçdi, çığlıqlar susmur..." başlıqlı yazıda müəllif Xocalı soyqırımı ilə bağlı faktları sadalayır. Ermənilərin 20-ci əsrin əvvəlində Türkiyədə, bütün Qafqazda, Anadoluda, həmin əsrin sonunda isə daha dəhşətli şəkildə Xocalıda qətliamlar törətdiyinə diqqəti çəkir.
Yazıda ermənilərin vəhşiliklərindən daha çox əziyyət çəkən Azərbaycan türkləri ilə Türkiyə türklərinin həmişə bir-birinə yardım etdiyi məqamlara toxunulub. “Ermənilərin türklərə qarşı apardığı soyqırımı siyasətini araşdırmaq üçün arxivlərin açılması təklifini ermənilər rədd edir. Çünki o arxivlərdə ermənilərin türklərə qarşı törətdiyi bütün vəhşiliklər burada öz əksini tapıb”- məqalədə belə deyilir.
Feridun Fazil Özsoy həmçinin Xocalıda ermənilərin törətdiyi inanılmaz vəhşilikləri rus və Avropa mənbələrindən bu gün də oxumağın mümkünlüyünü bildirib. Vəhşiliklərilə fəxr edən ermənilər bununla bağlı Amerika Birləşmiş Ştatlarında kitab da nəşr ediblər. Amma, bütün dünya guya insan haqlarını qoruduğunu nümayiş etdirsə də bu haqsızlığa hələ də susur və faktları sanki görməzdən gəlir.
“Avropa İnsan Haqları Məhkəməsi Xocalı soyqırımını insanlığa qarşı günah kimi dəyərləndirsə də, bunun heç bir nəticəsi olmayıb. Bu qətliamı törədənlər hələ də cəzasız qalıblar. Təəssüf ki, 27 il üzərindən keçsə də çığlıqlar sakitləşmir”- deyə müəllif bütün bəşəriyyəti türklərə qarşı törədilən erməni vəhşiliyini tanımağa və pisləməyə çağırır.
İzləyicilər bu link vasitəsi ilə yazının tam mətnini oxuya bilərlər: