Batabat yolunda avtomobil yoldan çıxıb, 5 nəfər xəsarət alıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, hadisə Naxçıvan – Batabat yolunun Biçənək kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Babək rayon Şəkərabad kənd sakinləri - 2014-cü il təvəllüdlü Vəliyev Fərhad Ceyhun oğlu, 2005-ci il təvəllüdlü Həsənova Nuray Həsən qızı, 2004-cü il təvəllüdlü Zeynalova Surə Zeynal qızı, 2003-cü il təvəllüdlü Həsənov Nihad Həsən oğlu, 2002-ci il təvəllüdlü Vəliyev Fərahim Ceyhun oğlu xəsarat alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: