Bu fürsəti həyatımın dönüş nöqtəsi hesab edirəm
NUHÇIXAN xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə cəza müddəti azaldılan məhkum, Naxçıvan sakini Fərid İbrahimli deyib.
"Ədalət qarşısında cavab verdim. Həyatımın ən ağır dərslərindən birini aldım. Əfv sərəncamı mənim üçün böyük fürsətdir. Cənab Prezidentə bu humanist qərarına görə təşəkkür edirəm. Artıq keçmişi arxada qoyub ailəmə, cəmiyyətə faydalı bir insan kimi yaşamağa qərarlıyam,” – deyə F.İbrahimli bildirib.
Qeyd edək ki, o, bir neçə il öncə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törətdiyi üçün azadlıqdan məhrum edilmişdi.