Naxçıvan-Şahbuz yolunda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Naxçıvan-Şahbuz magistral yolunda baş verən qəzada xəsarət alan qadınlardan biri ölüb.
NUHÇIXAN xəbər verir ki, bu gün magistral yolun Babək rayonu Uzunoba kəndi ərazisində keçən hissəsində baş verən qəzada xəsarət alan Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Əsgərova Nəzakət Əli qızı xəstəxanada vəfat edib.
Qəza zamanı xəsarət alan digər iki qadının isə xəstəxananın travmatologiya şöbəsində müalicələri davam edir.
Faktla bağlı araşdırma aparılır.
18:42
Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.
NUHÇIXAN xəbər verir ki, hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 75-BD-090 dövlət nömrə nişanlı, "VAZ 2103" markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.