Babək və Culfa rayonlarında gəc sexlərində monitorinq keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən Babək və Culfa rayonlarının ərazisində fəaliyyət göstərən gəc sexlərində monitorinq keçirilib.
 
Keçirilən monitorinq zamanı yer təkindən qanunsuz istifadə və istehsalat prosesində atmosfer havasının mühafizəsinə dair qanunvericilik tələblərinin pozulması halları müşahidə olunub. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin ərazilərdə fəaliyyət göstərən gəc sexlərinin istehsal zamanı toz və toz hissəciklərinin, eyni zamanda zərərli qazların normadan artıq atmosferə buraxması faktları müəyyən edilib.
 
Qeyd edək ki, gəc sexlərinin "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə əməl olunmadan fəaliyyət göstərmələri insan sağlamlığına və digər canlı aləmə birbaşa mənfi təsir göstərir. Bu səbəbdən mütəxəssislər tərəfindən qanunvericiliyə uyğun olaraq həmin gəc sexlərinin fəaliyyəti zamanı təbiətə vurulmuş ziyan dəqiq həcmi hesablanacaq, eyni zamanda digər müvafiq tədbirlər görüləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: