“1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar muxtar respublikada start verilən silsilə bayram tədbirlərinin növbətisi Şərur rayonunda keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə keçirilən bayram tədbirləri çərçivəsində növbəti tədbir keçirilib. 

NUHÇIXAN xəbər verir ki, bu gün “Konstitusiya və Suverenlik İli” çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar  muxtar respublikada start verilən silsilə bayram tədbirlərinin növbətisi Şərur rayonunda keçirilib

Tədbirin əvvəlində uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Uşaqların istedad və bacarıqlarının təbliğinə xidmət edən bu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Şərur Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri tədbir Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova tədbiri çıxış nitqi ilə açaraq “1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə uşaqları təbrik edib, onlara göstərilən dövlət qayğısından və  sağlam, savadlı, vətənpərvər ruhda böyümələrinin əhəmiyyətindən danışıb. Həmçinin A.Zeynalabdinova Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin prioritetlərindən danışıb, bu istiqamətdə Birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, uşaqların hüquqlarının müdafiəsi və onların hərtərəfli inkişafı dövlət uşaq siyasətinin əsas istiqamətlərindəndir. Komitə sədri qeyd edib ki, uşaq siyasəti ilə əlaqədar qanunvericilik aktları uşaqların hüquqlarının müdafiəsi və sağlam inkişafı üçün mühüm hüquqi baza yaradır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə uşaqların sosial müdafiəsi və təhsil sahəsində mühüm layihələr icra olunur. Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi məqsədilə xüsusi komissiyaların yaradıldığını vurğulayan Ramilə Seyidova bildirib ki, Komitə tərəfindən uşaqların və ailələrin problemlərinin həllinə yönəlmiş fəaliyyətlər xüsusi diqqətlə həyata keçirilir. Təhsildən yayınan uşaqların müəyyənləşdirilməsi məqsədilə evlərdə genişmiqyaslı monitorinqlər aparılıb və nəticələrə əsasən həmin uşaqların siyahısı hazırlanaraq xüsusi bazaya əlavə olunub.
Erkən nikahların qarşısının alınması istiqamətində də tədbirlər görülüb və mövcud qanunvericiliyin əhəmiyyətinə diqqət çəkilib. Erkən nikahların cəmiyyətə və uşaqların gələcəyinə mənfi təsirləri bir daha vurğulanıb. Sonda Ramilə Seyidova sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dövlət qayğısından bəhs edərək onların tibbi-sosial reabilitasiyası, inklüziv təhsilə cəlb olunması və cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərin önəmini xüsusi qeyd edib. Bu sahədə həyata keçirilən dövlət proqramları, sosial müdafiə tədbirləri və reabilitasiya xidmətləri uşaqların rifahına yönəlib. Komitə sədri çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə uşaqlara göstərilən xüsusi diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.

Tədbir çərçivəsində rayon üzrə 2024–2025-ci tədris ilində təhsil, idman və incəsənət sahələrində yüksək nailiyyətlər əldə etmiş uşaqlara Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyə, Şərur Rayon İcra Hakimiyyəti tərəfindən isə hədiyyələr təqdim edilib. 

Tədbirin bədii hissəsində Şərur rayonu üzrə fəaliyyət göstərən Uşaq Musiqi məktəbləri, tam orta məktəblərin şagirdləri və körpələr evi-uşaq bağçasının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: