Naxçıvan Hərbi Kollecində “28 May Müstəqillik Günü” nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “28 May Müstəqillik Günü” nə həsr olunmuş tədbir keçirilib. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbirlə əlaqədar olaraq Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov Milli Müdafiə Universitetinin rektorunun salamlarını və təbriklərini qonaqlara və tədbir iştirakcılarına çatdırıb. 

Sonra Naxçıvan Dövlət Universitetinin müəllimi tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov çıxış etmişdir.  “Cümhuriyyətin 9 şəkli” adlı sənədli filmi izlənmişdir. Daha sonra tədbirdə iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Əli Cabbarovun “Zəngəzura salam olsun” kitabının təqdimatı keçirilib.

Kitab və müəllif haqqında ətraflı məlumat üçün filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli çıxış edib. 

Sonda  kollecin fəal kursantları mükafatlandırılıb və  qonaqlarla birlikdə xatirə şəkli çəkdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: