NUHÇIXAN xəbər verir ki, hadisə bu gün axşam saatlarında Naxçıvan şəhərinin "Bazar gölü" adlanan ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Səmədova Marifə Əşrəf qızı (ad/soyad və ata adı şərtidir) gölə düşüb. Ərazidə olan polis əməkdaşlarının səyləri nəticəsində qadın göldən çıxarılıb.
M.Səmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.