Sözün ömrünü uzadan alim – akademik Muxtar İmanova Naxçıvan televiziyasından salam

Akademik Muxtar İmanov 70 yaşında

A- A A+

Azərbaycan xalqının müstəqillik tarixində xüsusi yer tutan 28 May – Respublika Günü tariximizin şərəfli səhifələrindən biri olmaqla yanaşı, Azərbaycan elminin görkəmli nümayəndəsi, Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü, dəyərli elm və söz adamı Muxtar Kazım oğlu İmanovun 70 illik yubileyi ilə də əlamətdardır.

Bu münasibətlə Sizi  Naxçıvan televiziyasının kollektivi adından səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, yeni elmi nailiyyət və yaradıcı uğurlar arzulayırıq.

Naxçıvanın qədim Şərur torpağından boy verərək Azərbaycan ədəbiyyatşünaslığına, folklorşünaslıq elminə və mətbuat mühitinə sanballı töhfələr vermiş elmi və ictima fəaliyyətiniz, söz və düşüncəyə verdiyiniz dəyər bizlər üçün hər zaman örnək olub. Siz təkcə nəzəriyyəçi alim və tədqiqatçı kimi deyil, həm də geniş ictimai çevrələr də maarifçi ziyalı, prinsipial mövqeyi olan fikir adamı kimi tanınırsız.

“Müasir Azərbaycan nəsrində psixologizm”, “Xalq gülüşünün poetikası”, “Epos. Nəsr. Problemlər”, “Söz haqqında söz” kimi əsərləriniz, eləcə də “Qarabağ: folklorda bir tarixdir”, “Güney Azərbaycan folkloru” və digər irihəcmli toplular ilə yaddaşımızı sənədləşdirən, yaşadan alim kimi dərin hörmətə laiqsiniz.

Siz, eyni zamanda, Naxçıvan televiziyasının hazırladığı onlarla film, veriliş və proqramda dəyərli qonaq və dəyərli müsahib kimi yadda qalmış, bizim üçün hər zaman xüsusi önəm daşıyan bir şəxs olmusunuz.

Söz və sənətə göstərdiyiniz diqqət, elmi dəqiqlik və ictimai məsuliyyətlə müşayiət olunan fəaliyyətiniz Azərbaycan ziyalısının çağdaş modelini formalaşdıran dəyərli simalardan biri kimi Sizi fərqləndirir. Sizin Azərbaycan elminə, təhsilinə və milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə ötürülməsinə verdiyiniz töhfələr həm ölkə daxilində, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilərək bir sıra nüfuzlu təltif və mükafatlara layiq görülüb.

Sizi bir daha bu əlamətdar yubiley münasibətilə təbrik edir, doğma Naxçıvan torpağından olan həmkar və həmvətənləriniz olaraq Sizə sonsuz ehtiramımızı bildirir, qarşıdan gələn illərdə də can sağlığı və yeni elmi uğurlar arzulayırıq

 

Hörmətlə,

Naxçıvan Televiziyasının kollektivi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: