Laçında dünən də daxil olmaqla 3 153 nəfər məskunlaşıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə isə şəhərə gəlib-getmək üçün 8 minə yaxın şəxsə elektron portalda icazə verilib:
"Laçın şəhərində turistik səfərlər üçün müddət 7 gündür. Biz artıq dəfnlərə də icazə veririk. Hətta digər ərazilərdə məskunlaşmış sakinlərimiz də gəlib öz ölülərini burada dəfn edə bilirlər".
Bundan başqa, 30-31 mayda Bəylik kəndinə sakinlərin növbəti köçü başa çatacaq.
H.Quliyev əlavə edib ki, hazırda Laçının gələcək inkişaf planında travmay xətti, kanat yolu, o cümlədən turistlərin bura səfəri üçün müxtəlif təyinatlı opbyektlərin tikilməsi planlaşdırılır:
"Eyni zamanda Laçında Həkəri bulvarı mövcuddur. Onun uzunluğu 2 kilometrə çatır".