Naxçıvanda istehsal edilən dərman bitkiləri Rusiya bazarına çıxarıla bilər

A- A A+

NUHÇIXAN xəbər verir ki, dünya  və Yaxın Şərqin tanınmış biznes saytı olan menafn.comda Naxçıvanda dərman bitkilərinin istehsalı ilə məşğul olan “Farma Şah” MMC-nin öz məhsullarını Rusiya  bazarına çıxarması ilə bağlı məqalə yer alıb. İngilis dilində  verilən yazıda qeyd edilir ki, müəssisənin mütəxəssisləri hazırda Rusiya ilə danışıqlar aparırlar. “Farma Şah” MMC  70-dən artıq dərman bitkisi istehsal edir. Gələcəkdə hədəf təkcə Rusiya deyil, keçmiş Sovet İttifaqını əhatə edən digər ölkələrin də  bazarlarına məhsul çıxarmaqdır. Bunun üçün Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi də lazımi şəraiti yaradır. İstehsal edilən məhsullar isə müasir standartlara tam cavab verir. Müəssisədə  Türkiyə və İrandan gətirilən avadanlıqlar quraşdırılıb.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: