Qəzənfər Abdullayev Culfa rayon Əbrəqunus kənd sakinləri ilə görüş keçirib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, mayın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayon Əbrəqunus kənd sakinləri ilə görüşüb.
Görüş zamanı sakinlər sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də nəqliyyat üçün dayanacaqla bağlı mövcud çətinlikləri diqqətə çatdıraraq bu problemlərin həlli istiqamətində müraciətlərini səsləndiriblər.
Deputat vətəndaşların qaldırdıqları məsələləri diqqətlə dinləyərək qeyd edib ki, hər bir müraciət araşdırılacaq və müvafiq qurumlarla birgə, qanunvericiliyin tələblərinə uyğun şəkildə həll olunması üçün zəruri addımlar atılacaqdır.
Görüş qarşılıqlı dialoq şəraitində keçib və sakinlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.