Fövqəladə Hallar Nazirliyi qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə NUHÇIXAN-a FHN-dən məlumat verilib.
Məlumatda qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır.